Showing posts with label azadlıq. Show all posts
Showing posts with label azadlıq. Show all posts
Tuesday, 31 August 2010
İnkişafın görüntüsü
Monday, 15 March 2010
Azadlıq qoxusu və palçıqlı yol
Cambridge də qaldığımız iki gündə İngiltərədə ilk dəfə palçıqlı yolda yerimiş oldum. Bu maraqlı idi, çünki palçıqlı yol mənim üçün doğmadır. Grantchester kəndinə aparan yol boş torpaq sahələrdən (kəsə yol) keçdiyindən doyunca palçığa batdıq amma,.. adamın kənd deməyə dili gəlmir ki. Asfalt yollar, düzən, səliqə, cinsindən asılı olmayaraq hər kəsin dincələ bildiyi yaraşıqlı pub-lar, mədəni atmosfer. Grantchester qədim kənddir. Bu kənd əsasən meyvə bağına görə məşhurdur. 1897-ci ildə Cambridge-dən olan bir qrup tələbə burda çay içib və ondan sonra bu ənənə halını alıb. Bu bağda dünyada tanınmış bir çox yazıçılar, şairlər, məşhurlar çay içib. Biz də çay içdik, lakin hava soyuq olduğundan bağda deyil, içəridə.Kəndə gedən yol isə Cambridge-in mərkəzindən keçmişdi. Bu yolu heç vaxt unutmayacam. Burnumda Azadlığın qoxusu hələ də qalır. Kiçik şəhərin mərkəzində ən azı üç qrup etiraz aksiyası keçirirdi və bu qətiyyən insanların istirahətinə və hərəkətinə mane olmurdu. Tələbələr, turistlər, kilsələr, insanlarla dolu kitab dükanları, şəffaf hovuz, velospetli sakinlər... Londondan fərqli olaraq burda velosipetləri saxladıqları yerdə demək olar ki heç kim kilidləmir.
Subscribe to:
Posts (Atom)