Showing posts with label qərb. Show all posts
Showing posts with label qərb. Show all posts
Saturday, 14 September 2013
Əxlaqsız Qərb
Müzakirələr zamanı, internet üzərindən Qərbdəki sisteminin, yaşam tərzlərinin, münasibətlərin, ümumiyyətlə Qərbin əxlaqsız, pozğun məkan olduğunu mübahisə edən çoxlu sayda, yazıçı Seymur Baycan demiş, Usta Zeynal təfəkkürlü adam var ki, Qərb ölkələrindən birinə mühacirət etmək üçün hər şeyi qurban verər. Orda təhsil almaq, yaşamaq üçün bacardığı hər şeyi etməyə hazırdır. Hə, bu cür ədəbsiz nəsnənin sayı əslində Avropanın bir parçası olan bizim cəmiyyətdə də çoxdu. Onlar qətiyyən, məsələn, Pakistana, Suriyaya, Banqladeşə və s. gedib yaşamaq haqqında düşünmürlər.
Tuesday, 30 October 2012
Kopoğlunun...
Zaman dəyişsə də azərbaycanlılar dəyişmir (ümumiləşdirdiyim üçün üzr istəyirəm). Məsələn, 19-cu əsrdə azərbaycanlı mütəfəkkirlər tərəfindən təsvir olunan azərbaycanlı ilə bu günkü azərbaycanlı arasında mahiyyətcə heç bir fərq yoxdur.
Azərbaycanlılar hələ də əlləri cibində başqalarına həsəd aparır ancaq, öz ibtidai (primitiv), mürtəce həyat tərzi və yanaşmalarından əl çəkmirlər. Onlar qabaqcıl mədəniyyətlərə həsəd aparsalar da, öz cahil ənənələrinin daha yüksək və dəyərli olduğuna inanırlar, "Qərbin yaxşısını götürüb, pisini rədd etmək lazımdır" kimi gərəksiz və sarsaq fikirlər səsləndirməyə davam edirlər. Maarifpərvər, cəmiyyətdə azadlıqların möhkəmlənməsinə, proqresə xidmət edən bütün fikirləri "mentalitetimizə ziddir" deyə inkar edirlər. Güman eləyirlər ki, Qərb əxlaqsızdır ancaq, məsələn, fərdlərin həyatına müdaxiləni, yaltaqlığı əxlaqsızlıq hesab etmirlər.
Müxtəsərcə, azərbaycanlı 21-ci əsrdə də əlləri cibində, Qərbə baxıb həsəd aparır...

Saturday, 10 March 2012
Pozğun Qərb
Saturday, 13 March 2010
"Поезд в огне"
Əslində "Odlar Yurdu" çox pozitiv bir brenddir. Amma ki, karikaturada qətiyyən pozitiv görünə bilmir. Facebookda bu təsviri paylaşandan sonra dostlarımdan biri aşağıdakı şərhi yazmışdı: “Qərbə qaçanın sifəti maraqlıdır. Şərqə qaçan da elə bil tərəddüd içindədir, sanki fikirləşir bəlkə Qərbə qaçım, nə qədər gec deyil”. Doğrudan can qurtarıb qaçmaq haqqında düşünəndə adamın ağlına Qərb gəlir ilk öncə. Ya da ən fərqli halda Yaponiya. Heç can qurtarıb Türkmənistana qaçmaq istəyən eşitmisiz? Ya da məsələn Suriyaya? Maraqlıdı.Bunu çəkib bitirəndən sonra bir xeyli baxıb düşündüm və hey ağlıma Emin və Adnan gəldi. Sizi sevirik dostlar! Karikaturanı boş verin. Аквариум- un "Поезд в огне" haqqında oxuması daha seksualdı məncə...
Quyruq vs kapital
Burda ən son cızdığım element uzunqulağın quyruğudu.. Maraqlı quyruğu var. Ümumiyyətlə belə quyruğu olanın niyyəti şübhəsiz bəllidir.İnsan kapitalı mənim aləmimdə ən gərəkli ehtiyacdır. Yəni bir cəmiyyət güclü və keyfiyyətli insan kapitalından ibarət olarsa aliləşər. Belə bir kapitalı təşkil edəcək fərdlərin yandırıldığı yerdə söz bitir. Beyin ixracəndan səmimiyyətlə narahat olanlar var məncə.
Subscribe to:
Posts (Atom)