Azər- baycanda təzə yol nişanına ehtiyac var. Bu çox zəruridir.
Sürücülərin (müştərilərin) rahatlığının təmini, polislərin də fəaliyyətini daha effektli etmək üçün bunu qısa bir zamanda tətbiq etmək lazımdır. Bu, dünyada analoqu olmayan bir yol nişanı olacaq.
Bilirsiz, mən maşın sürməyi sevmirəm. Həmişə fikirləşmişəm ki, Azərbaycanda avtomobillə uzaq məsafəyə çıxası olsam yolda polislə (DYP əməkdaşı) rastlaşacam, o da övladlarını saxlamaq üçün məndən "cərimə" (dövlətçiliyimizin və sabitliyimizin düşmənləri bunu rüşvət adlandırır) tələb edəcək, bəzən bunu birbaşa deməyə çəkinəcək, dolayısı yollarla izah etməyə çalışacaq, mən də həmişə pul verərkən və alarkən utanan biriyəm, əziyyət çəkəcəm. Lakin bu cür yol nişanları tətbiq edilməyə başlansa bütün sürücülər üçün rahat olar və mən də maşın sürməyə qərar vermiş olaram. Sürücülər məsafədən bu nişanı görüb həm psixoloji, həm də maddi cəhətdən özlərini hazırlayarlar. Həm vaxta qənaət edilmiş olar, həm də narazıçılıq aradan qalxar. Ümid edirəm Azərbaycana növbəti gəlişim zamanı yollarımızda bu nişanı görmüş olacam. Yaşasın sabitliyimiz.
Ruhid: bu niwan olandan sonra daha hec polise de ehtiyac lazim deyil.bu niwanin yanina bir bakomat qoy ves salam.her wey aciq aydin bu niwanda gosterilib deeeeeee
ReplyDelete