Wednesday, 9 June 2010
Qalibiyyət üzüntüsü
Bir idmançı üçün qazandığı qələbədə əməyinin kölgələnməsi çox ağrılı bir şey olmalıdır. Mənim kimi tamaşaçı üçün isə idman yarışlarında şərhçinin "qazanılmış siyasi və iqtisadi uğurlardan, inşa edilmiş idman obyektlərindən və körpülərdən, uğurlu daxili və xarici siyasətdən" danışması qədər qıcıqlandırıcı az şey olur. Məsələn, voleybolçu qızlarımızın bir ara uğurlu çıxışları ərəfəsində ölkə prezidentinə edilən mədhiyyələrin foununda həmin yarışları izləmək həm gülməli, həm də acınacaqlı idi. İdmançının öz əməyi ilə əldə etdiyi qalibiyyət və ölkəsinin bayrağını yüksəklərə qaldırmasını uğurlu ümummilli siyasətin, tikilən körpülərin nəticəsi kimi təbliğ edəndə təxminən yuxarıdakı görüntü yaranır məncə.
Labels:
azərbaycan,
bayraq,
idmançı,
prezident,
ümummilli
Subscribe to:
Post Comments (Atom)
Bu aralar İlham Əliyevin başı qarışıq olduğu üçün həmin voleybolçü qızlarla məşğul ola bilmir və məhz buna görə də onların uğurlu çıxışları tıxaca dirənib.
ReplyDeleteKarikaturaya isə söz ola bilməz, əlinə sağlıq!