Sözsüz, insanların muğam dinləməsində və ya muğamın musiqi festivallarında təmsil olunmasında bir problem yoxdur. Eləcə də, sənə yaxın insanlara qayğıda, evlilikdə və s. Sadəcə qapalı cəmiyyələrdə fərdlərin yaradıcılıq imkanları məhdudlaşdırılır, azadlıqları çərçivəyə alınır (leqal məhdudiyyətləri nəzərdə tutmuram). Qapalı cəmiyyətlərdə bayağılıq, ifratçılıq hökmranlıq eləyir. İstənilən mövzu bayağı şəkil alır. Cəmiyyətdə proqress deyil, korrupsiya baş verir. Mütilik, bayağılıq, yaltaqlıq elə korrupsiyaya uğramış, mürtəce cəmiyyətin üzüdür.
Showing posts with label ümummilli. Show all posts
Showing posts with label ümummilli. Show all posts
Monday, 5 November 2012
Wednesday, 9 June 2010
Qalibiyyət üzüntüsü
Bir idmançı üçün qazandığı qələbədə əməyinin kölgələnməsi çox ağrılı bir şey olmalıdır. Mənim kimi tamaşaçı üçün isə idman yarışlarında şərhçinin "qazanılmış siyasi və iqtisadi uğurlardan, inşa edilmiş idman obyektlərindən və körpülərdən, uğurlu daxili və xarici siyasətdən" danışması qədər qıcıqlandırıcı az şey olur. Məsələn, voleybolçu qızlarımızın bir ara uğurlu çıxışları ərəfəsində ölkə prezidentinə edilən mədhiyyələrin foununda həmin yarışları izləmək həm gülməli, həm də acınacaqlı idi. İdmançının öz əməyi ilə əldə etdiyi qalibiyyət və ölkəsinin bayrağını yüksəklərə qaldırmasını uğurlu ümummilli siyasətin, tikilən körpülərin nəticəsi kimi təbliğ edəndə təxminən yuxarıdakı görüntü yaranır məncə.
Friday, 9 April 2010
Get yat, vaxt tez keçsin
Bizim məmləkətdə belə bir yanaşma mövcuddur; Yerin altındakı ölülərlə yerin üstündəki ölülər. Bu yanaşma əsirlərdir dəyişmir. Bir gənc bloqçunun (Ravik) dediyi kimi "Azərbaycanlılar Azərbaycanda, avtobusda oturmuş cavan oğlan kimi yaşayırlar. Həmişə durub yerlərini kiməsə verməyə hazırdırlar."Doğru məsləhətdi. Vaxtın tez keçməsi üçün çarə axtarmaq lazımdı. Yatmaq və ya Ümummilli, mənəvi "dəyərlərimiz"ə hörmət etmək, öyünmək lazımdır. Yaşamaq istəyənlərçün çətindir yerin üstündəki ölülərlə bir yerdə olmaq.
Labels:
azərbaycan,
azərbaycanlı,
dirilər,
ölülər,
ümummilli,
yatmaq
Monday, 15 March 2010
Zorlanmış kitablar
Kitablar aləmində zorlanma tamam fərqli anlam daşıyır. Bir qayda olaraq çox oxunduqda vərəqləri yırtılır, köhnəlir və sıradan çıxır. Əvəzində bu "təcavüz"ü edənlər faydalanır. Azərbaycan dünyada analoqu olmayan yer olduğuna görə burda kitabların zorlanmasının da dünyada analoqu yoxdur.Bizim insan günəbaxan tumunu (semeçka) çox sevir. Hətta mən azərbaycanlılar deyərkən ilk ağlıma gələn insanların "semeçka çırtlaması"dır. Bu Ümummilli ritualdır. Kiçik yaşlarımdan xatırlayıram, kəndimizdə məşhur Qələm xala var idi. Adlar doğrudan da insanların kimliyi deyil. Onun semeçkaları ən dadlı hesab olunurdu. Hər kəs ondan almağa çalışırdı. Məni də evdən göndərirdilər, hərdən gedirdim kəndin mərkəzinə və Qələm xala yanına düzdüyü kitablardan (kitabların adını xatırlamıram) yırtdığı vərəqlərə bükdüyü tumları bir-bir satırdı. Hər gün sayını bilmədiyimiz qədər kitab vərəqləri yırtılaraq semeçka bükmək üçün istifadə edilirdi (edilir). Mənə elə gəlir ki, dünyanın heç bir yerində kitablarla bu cür rəftar edilmir. Olsa-olsa qardaş Türkmənistanda olar.
Friday, 12 March 2010
Dəyişməzlik
Cəlil Məmməd-quluzadənin hekayələrini oxuyanınız var da yəqin. Orta məktəbdə bəzi hekayələrini bizə oxudurdular. Yaxınlarda bir neçə hekayəsini yenidən oxudum. Elə bil Cəlil 1970, ya da 80-ci illərdə doğulub. Qəhrəmanları elə bizik. Necə ola bilir ki, bu qədər zaman keçməsinə rəğmən heç nə dəyişməyib? Bu analoqu olmayan bir hadisədir. Azərbaycanlıların (əksər) dəyişməzliyi əslində konservativlik də deyil məncə. Hətta ölkəni tərk edib əcnəbi məmləkətdə (Qərbdə) yaşayan azərbaycanlılarda da..Əşi neynirik ee dəyişib. Heç adam da Ümummilli "dəyərlər"indən imtina edər? Məsələn biz həmişə elə hesab etmişik ki, göydə Allah yerdə rəhbər (şah, xan, çar, sədr, prezident...). Necə ola bilər ki, seçilmiş hakimiyyəti (bu hadisənin özü belə qəbuledilməzdir) xidmətçimiz kimi qəbul edə bilək? Külli günahdır! O, müqəddəsdir. Boynun yerə soxduğum avropalılar elə hesab edir ki, ölkə rəhbəri onun xidmətçisidir, ona xidmət edir və bu onun borcudur. Tam tərsi olmalıdır. Böyük-kiçik olmayan yerdə belə olur.
Subscribe to:
Posts (Atom)