Mən əminəm ki, bizim məmləkətdə səriştəli, düşüncəli və peşəkar futbol şərhçiliyi edə biləcək insanlar var. Mütləq var. Ancaq niyəsə, elə bil bütün ölkəni gəzib, bu işi bacarmayan bir neçə nəfər tapıblar və həvalə ediblər onlara. Otuzdurublar studiyalarda, kabinələrdə ki, buyurun futbol izləyicilərinin, tamaşaçıların əsəbləri ilə oynayın, yersiz, şit, əlaqəsiz, savadsız şərhlərinizlə. Səs tonları da insanda futbol qarşılaşmalarına olan marağı öldürür. Üstəlik ədəbi dili bir kənara qoyub, ləhcə ilə, şivə ilə də danışırlar.
Bir də, Azərbaycanın əksər televiziya icmalçıları, aparıcıları kimi yalanları təkrarlamaq məcburiyyətlərinin əzabını çəkirlər sanki. Çox maraqlıdı.
Showing posts with label futbol. Show all posts
Showing posts with label futbol. Show all posts
Tuesday, 3 September 2013
Wednesday, 17 March 2010
Road to Uniqueness
2005-ci ildə Polşa yığması öz meydanında Azərbaycan futbolçularını qəbul edirdi (Dünya çempionatı seçmə mərhələsi). Mən bir qohumumun evində oyuna canlı baxmağa hazırlaşırdım. Maç yenicə başlamışdı ki, elektrik kəsildi. Əslində bu Azərbaycanda, xüsusən də əyalətdə olduqca normal bir hadisədir (Enerjiylə bol olan Odlar Yurdu Azərbaycanla ziddiyyət təşkil etsə də). Lakin belə bir anda elektrikin kəsilməsi təbii ki adamı qıcıqlandırır. Mən onda hər kəsin etdiyini etdim. Elektrik idarısinə zəng elədim, lakin bəlkə də fərqli olaraq kəskin danışdım. Biraz tənqid elədim, cavabdeh şəxləri günahlandırdım və s. Bəzi məmurların dediyi kimi "demoqoqluq" elədim. Daha sonra "işıqlar yandı", gec olsa da (mənim zəngimin nəticəsi olduğunu iddia etmirəm). O qədər də sevinmədik sözsüz ki, oyunun sonunda Azərbaycan 8-0 yenilirdi. Bunu danışmağımın məqsədi isə başqadır. Telefon zəngindən sonra həm qohumlarımın, həm də daha sonra valideynlərimin mənə "siyasətlə məşğul olma" rekasiyası tükürpədəndir. Sonradan buna alışdım, çünki dəfələrlə təkrarlandı. Yəni sabah gəlib səni zorlasalar və sən də buna etiraz etsən deməki olursan siyasətçi. Azğınlaşmış, radikal bir vətəndaş. Hər nəysə.Təklif edirəm "Family Guy"a baxın. Çox maraqlı filmdir. Filmin qəhrəmanları olan Stewie-nin Brian-a cavabındakı kriterialar mənə çox doğma gəlir.
Labels:
azərbaycanlı,
brian,
family guy,
futbol,
polşa,
siyasət,
stewie
Subscribe to:
Posts (Atom)
