Thursday 29 August 2013

Şortiklə giriş qadağandır

Yaxınlarda radioda Azərbaycanda siyasi gündəmlə bağlı bir müzakirəyə qulaq asırdım. Verilişdə tanınmış guşə yazarı Zamin Hacı da iştirak edirdi. Müxalifətin seçkilərdə birgə iştirakı ilə bağlı yaranmış problemlərə münasibət bildirərkən, mənə görə çox maraqlı bir fikir ifadə elədi. Dedi ki, "şortiklə kəndə girmək qadağandır" elanı vuran xalqın Milli Şurası ola bilməz! Doğrudan da. Bir millət cahil, mürtəce ənənələrindən, düşüncə tərzindən yaxa qurtarıb, mütərəqqi vərdişlərə yeyələnməyi bacarmırsa, qabaqcıl cəmiyyətlərdə olduğu kimi münasibətlər qura bilmirsə, bu cəmiyyətin ciddi nailiyyətlər əldə etməsi də çətindir, mümkünsüzdür.

Sunday 18 August 2013

Diktaturada yay vaxtı

Tarixçi Altay Göyüşovun Facebook səhifəsində paylaşdığı lətifəni sizinlə bölüşürəm:

Bir nəfər parkda gəzir və birdən qışqırır ki, dözmək olmur. 
Dərhal bunu iki polis qamarlayıb basırlar maşına, aparırlar məntəqəyə. 
Nə isə, məntəqədə bu qışqırır, bağırır ki, məni niyə tutmusunuz? Cavab verirlər ki, bəs sən hökumət eleyhinə çağırış edib, "dözmək olmur" qışqırırdın.
Bu özünü öldürür ki, rəis, mən istini nəzərdə tuturdum. Rəis qayıdır ki, ə, gopa basma, istiyə yenə bir təhər dözmək olur.