sitat

Bu qədər ki, əziyyət çəkirik milli kimlik axtarışında, ya axırda Türkiyəliləri təqlid etməkdən dönüb meymun olacağıq, ya da milli-mentalitet bataqlığında batacağıq. Sadəcə qəbul etmək lazımdır ki, biz yeni millətin, heç 200 il yaşı yoxdur. Və keçmiş cəhənnəmin bir küncünə, parlaq gələcək qurmalıyıq / Əli S Novruzov
Demokratiya, hazırki iqtidarın əvəzlənməsilə deyil, onu əvəzləyəcək iqtidarın növbəti ədalətli seçkilərdə uduzması ilə gələcək / Erkin Qədirli
İnsan hüquqları sinfi hüquqlar, dini və milli maraqlardan da üstündür / Hikmət Hacızadə
Gənclər dövlətdən heç nə ummamalıdır, dövlət də gənclərə maneə olmamalıdır / Erkin Qədirli
Bu ölkədə xəbərlər yoxdur... Xətərlər var! Xərəklər var! Xəraclar var! / Ülvi İsmayıl
Hадо больше любить внуков, чем власть! / Çingiz Sultansoy
Yaltaqlıq və səmimiyyət biri-birinə zidd anlayışlardır. Yaltaqlığın əsasında özünəinamsızlıq, səmimiyyətin əsasında isə özünəinam durur. Yaltaqlıq kimi yozula biləcəyindən ehtiyatlanıb səmimiyyəti nümayiş etdirməkdən çəkinən, yaltaqlığı isə səmimiyyət kimi nümayiş etdirməyə çalışan cəmiyyət saxta cəmiyyətdir / Abil Bayramov (26 aprel 2011)
We can not lie to ourselves. If a doctor will lie to a patient and say that you are ok, the patient can die. And if we are talking about the state, the state can get destroyed... We have to think, we have to have a vision what we need to do now, as a new generation what kind of vision do we need to have not to get collapsed, not to have revolutions. If we don't rewrite the script revolution will come and it will get each of us / Emin Milli, London 2008
İqtidarı dəstəkləyən gənclər! Mövqeyinizə hörmət edirəm, amma... Diqqətli olun! Söyüş söyüləni anlatmır, söyəni isə ifadə edir. Yaltaqlıq ünvanını yüksəltmir, müəllifini isə alçaldır. Yalan dalana aparır. Özünüz də bilirsiniz. Bildiyinizi danmayın, danıb da inkişaf edə biləcəyinizi sanmayın. Doğru yol olmur, doğru addımlar olur. Addımlarınızın adınıza yazlıdığını unutmayın! / Erkin Qədirli (01 aprel 2011)
Misirdəki hadisələrə sevinməyimiz bilirsən nəyə oxşayır, öz futbol komandamız yoxdu deyə Türkiyə udanda sevinirik ona / Adnan Hacızadə
Hər hansı bir müstəbidin sonu yalnız və yalnız devrilməkdir / Zərdüşt Əlizadə
Azad mətbuatsız hüquqi dövləti təsəvvür etmək mümkün deyil / Ilham Əliyev
Ölkənin ən "gic..." adamı da qanunsuz həbs edilirsə müdafiə edilməlidir. Buna Nemət də, dindar da, ateist də daxildir / Rəşadət Axundov

Hər il Sabirin qəhrəmanları Şamaxıya toplaşaraq, "Sabir günləri"ni təmtəraqla qeyd edirlər/ Seymur Baycan

 

Avropa artıq məkan deyil, təfəkkür tərzidir. Avropa təfəkkür tərzinin alternativi yoxdur. Yerdə qalan bütün təfəkkürlər sivil deyil, köhnəlməkdə və çürüməkdədir/ Seymur Baycan

 

Azərbaycanda sadəcə siyasiləşmiş şəxslər cəzalandırılmır. Yetər ki, cəmiyyətdə fəal bir fiqur olasan. Azad düşünməyin yetər ki, səni cəzalandırsınlar/ Leyla Kərimli

Biz Adnan Hacızadə ilə Emin Millinin həbsdə yatmasının yox, bizimlə birgə təhsil üçün mübarizə aparmasının tərəfdarıyıq/ Ramin Hacılı
Öz dövlətini sevməyən, öz vətənini sevməyən insan o insandır ki, o, öz ölkəsində özünü xoşbəxt hiss eləmir. O, xaricdə öz xoşbəxtliyini axtarır/ Ramin Hacılı (03 noyabr, 2010)
Bizim düsüncəmiz onlarin qorxusundan üstündür. Bizim cosqumuz onlarin gücündən üstündür. Bizim sevgimiz onlarin nifrətindən üstündür. Bizim azadliiq düsüncəmizi, ədalət cosqumuzu, insanlıq sevgimizi, bayram edək!/ Emin Milli, həbsxanadan məktub (11 Noyabr, 2009)
Azərbaycanın bir nömrəli azad mətbuatı, bir nömrəli qəzeti facebookdur/ Əli S Novruzov
Mən heç vaxt onunla razı deyiləm ki, Azərbaycanda ağıllı insanlar yoxdur. Azərbaycanda ağıllı insanlar kifayət qədərdir. Sadəcə olaraq bir millət kimi biz, bir araya gəlib böyük bir müzakirə, düşüncə məkanı açıb daha yaxşı yaşamağın yollarını tapmalıyıq/ Rəşad Şirin
Çox yüksək təhsilli, savadlı, bacarıqlı adamlardan ucuz yaltaqlıq görəndə adam o keyfiyyətlərin ziyan olduğuna təəssüflənir/ Fariz Hüseynli
Obama Azərbaycandan bloqçuların ailələrinin xahişini nəzərə alıb. Ilham Əliyevsə ziyalıların müraciətinə hələ də cavab verməyib/ Xədicə İsmayıl 
Rüşvətin hörmət olduğu bir cəmiyyətdə ailə dəyərləri haqqında danışmaq ən azı sadəlövhlükdür/ Xədicə İsmayıl

Ən böyük mədəniyyət azadlıq, mədəniyyətsizliksə qadağalardır/ Natiq Bayramov